AZ

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib (FOTO)

Bakı. Trend:

Dekabrın 10-da Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza”Milli Turizm Zonasında “Müasir cəmiyyətdə qadınların rolu:Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalqəməkdaşlığın inkişafı” mövzusunda beynəlxalq konfranskeçirilib.

Trend xəbər verir ki, HeydərƏliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransda iştirakedib.

Qonaqlar əvvəlcə Türkmənistanın zəngin mədəni irsini və bugünküuğurlarını nümayiş etdirən sərgi ilə tanış olublar. Ekspozisiyadaölkənin müxtəlif sahələrdə uğurlarını əyani təqdim edən, qadınlarındövlət quruculuğu, iqtisadiyyat, elm, təhsil və səhiyyədə fəaliştirakını göstərən stendlər də yer alıb.

Konfrans qadınların rolunun gücləndirilməsi və davamlı inkişafınqlobal gündəminin təbliği sahəsində mühüm təşəbbüslərin müzakirəsiüçün beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri biraraya gətirib.

Tədbirin açılışında çıxış edən Qurbanqulu Berdiməhəmmədov adınaQayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibbsahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva konfransın fəal vəkonstruktiv dialoq şəraitində keçəcəyinə əminliyini ifadə edib. O,təşkil olunan konfransın humanizmə sadiqlik ideyasına əsaslanantəşəbbüslərin təşviqi baxımından səmərəli platforma olacağınıbildirib. “Övladlarımıza həyat dəyərlərini öyrədən, sülh və hörmətmədəniyyətini aşılayan qadınlardır. Onların dəstəyi humanistcəmiyyət üçün əsasdır. Hərtərəfli yardımın təmin edilməsi üçünqadın və uşaqlara dəstək mərkəzlərinin beynəlxalq şəbəkəsininyaradılması zəruridir. Uşaqlara tibbi və psixoloji yardım,qadınlara sosial və hüquqi dəstək, operativ humanitar yardım, mobiltibbi qrupların formalaşdırılması mühüm məsələlərdəndir”, - deyəOğulcahan Atabayeva vurğulayıb. O, həmçinin qadınların sosial,siyasi və iqtisadi proseslərdə fəal iştirakının əhəmiyyətindəndanışıb.

BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya bu il üçmühüm tarixin – Birləşmiş Millətlər Təşkilatının 80, PekinBəyannaməsinin 30 və Türkmənistanın daimi neytrallıq statusununbeynəlxalq səviyyədə tanınmasının 30 illik yubileylərinin qeydedildiyini bildirib. “Türkmənistanın neytrallıq statusu ölkənindialoq, vasitəçilik və əməkdaşlığın inkişafına istiqamətlənmişxarici siyasətinin əsasını təşkil edir. Türkmənistanda qadınlar buproseslərdə mühüm rol oynayırlar. Onlar ölkəni BMT-də və digərbeynəlxalq təşkilatlarda təmsil edir, danışıqlara qatılır vəçoxtərəfli dialoqun genişlənməsinə töhfə verirlər. Qadınlar, eynizamanda, parlamentdə təhsil, elm, mədəniyyət, gənclər siyasəti,sosial müdafiə və səhiyyə məsələlərində fəal iştirak edirlər”, -deyə baş direktor diqqətə çatdırıb.

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəriSaida Mirziyoyeva ölkələrində qadın hüquqlarının müdafiə edildiyinidiqqətə çatdıraraq deyib ki, qızlar və qadınlar üçün pulsuz magistrproqramları, dünyanın aparıcı universitetlərində təhsil almaq üçüntəqaüdlər təsis olunub. Hazırda xaricdə dövlət vəsaiti ilə təhsilalan tələbələrin 35 faizi qadınlardır. Biz, həmçinin qadınsahibkarlar üçün keyfiyyətli maliyyələşdirmə, mentorluq və dünyatəcrübəsinə çıxış imkanı verən unikal sürətləndirici proqramyaratmışıq”, - deyə o bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışındaqeyd edib ki, qadınların liderliyi, biliyi və təcrübəsi cəmiyyətindavamlı inkişafı üçün həlledici əhəmiyyətə malikdir. Leyla ƏliyevaHeydər Əliyev Fondunun fəaliyyəti, o cümlədən beynəlxalq layihələribarədə məlumat verib. “Fond bir sıra ölkələrdə, eləcə də Çin,Gürcüstan, Misir, Rusiya, Rumıniya, Vyetnam və Niderlanddaməktəblərin tikintisi və yenidən qurulması layihələri həyatakeçirib. Pakistanda qızlar məktəbi və məktəb infrastrukturununyenidən qurulması, eləcə də Keniya və Ruandada informasiyatexnologiyaları avadanlığının təchizatı üzrə proqramlar icraedilib”. O, həmçinin Burkina-Faso, Mali, Niger və Hondurasdakılayihələrlə qızların təhsilinə və inkişafına dəstək göstərildiyinivurğulayıb. Qadınların müasir cəmiyyətdə xüsusi yer tutmalarındanməmnunluğunu ifadə edən Fondun vitse-prezidenti onların ailədəyərlərini və mədəni ənənələrin qoruyucusu olduqlarını deyib.

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin elm, təhsil,səhiyyə, mədəniyyət və ekologiya kimi vacib sahələri əhatəetdiyini, ötən dövr ərzində bu istiqamətlərdə yerli və beynəlxalqlayihələrin həyata keçirildiyini söyləyib. O, çıxışı zamanı ortaqdəyər olan Xəzər dənizinin səviyyəsinin əhəmiyyətli dərəcədəazalması probleminə də toxunaraq deyib: “Xəzərin səviyyəsininazalması nərə balığı, qızıl balıq və suitilər kimi dənizcanlılarının həyatına ciddi təsir göstərir. Xəzər sularınınçirklənməsi onların vəziyyətini ağırlaşdırmaqda davam edir. Bu,birlikdə mübarizə aparmalı olduğumuz qlobal problemdir və məndənizimizi xilas edə biləcəyimizə inanıram”.

Digər çıxışçılar qadınların cəmiyyətdəki rolundan danışaraq,onların mədəni dəyərlərin, adət-ənənələrin və əxlaq qaydalarınınəsas daşıyıcısı və qoruyucusu olduqlarını bildiriblər. Davamlıinkişafa nail olmaq üçün qadın potensialının siyasi və iqtisadihəyata maksimum cəlb edilməsinin vacibliyini vurğulayan çıxışçılarbelə konfransların çoxtərəfli dialoq üçün mühüm platforma olduğunudiqqətə çatdırıblar. Qadınların potensialının tam reallaşmasınamane olan problemlərin aradan qaldırılması üçün dövlət qurumları,vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar arasında tərəfdaşlığınmöhkəmləndirilməsi zəruriliyi qeyd olunub.

Konfrans işini panel iclaslarla davam etdirib.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Seçilən
62
25
az.trend.az

10Mənbələr