Hikmət Hacıyev Mixail Qaluzinlə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.BUTA.TV xəbər verir ki, bu barədə H.Hacıyev X hesabında paylaşım edib. Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.