Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycana gəlib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Mixail Qaluzinlə görüşdüyünü bildirib.
Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tarix: 10 Dekabr 2025, 19:58