AZ

Azərbaycanda bu müəssisələrin sayı 300 ə çatdırılır

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2029-cu ilə qədər Azərbaycanda rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayının 300-ə çatdırılması planlaşdırılır.

Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"da öz əksini tapıb.

Sənədə əsasən, rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 2026-cı ildə 50, 2027-ci ildə 100, 2028-ci ildə isə 180 olmalıdır.

Bundan başqa, rəqəmsal transformasiyadan keçmiş müəssisələrdə EBİTDA 2026-cı ildə 7 milyon manat, 2027-ci ildə 17 milyon manat, 2028-ci ildə 33 milyon manat, 2029-cu ildə isə 58 milyon manat təşkil etməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
5
axar.az

6Mənbələr