AZ

Rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 300 ə ÇATDIRILACAQ

Bizim media saytına istinadən ain.az xəbər verir.

“Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 10-da imzaladığı Sərəncamla təsdiqlənib.Bizim.Media xəbər verir ki, Strategiyaya əsasən, 2029-cu ilə qədər Azərbaycanda rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayının 300-ə çatdırılması gözlənilir.Rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 2026-cı ildə 50, 2027-ci ildə 100, 2028-ci ildə isə 180 olmalıdır.Həmçinin rəqəmsal transformasiyadan keçmiş müəssisələrdə EBİTDA artımı 2026-cı ildə 7 milyon manat, 2027-ci ildə 17 milyon manat, 2028-ci ildə 33 milyon manat, 2029-cu ildə isə 58 milyon manat təşkil etməlidir.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
5
bizim.media

6Mənbələr