AZ

Qurban Qurbanov Nərimandan danışdı

“Dünən daha yaxşı oyuna hazırlaşdıq. Birinci və ikinci qollarda səhvlər oldu".

"Unikal" xəbər verir ki, bunu“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda Bakıda Niderlandın “Ayaks” klubuna 2:4 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

"Qol epizodlarımız çox idi. Bunlardan rəqib daha yaxşı istifadə etdi. Meydana sonradan girən futbolçulardan tam razı qalmadım. Düzünü desəm, meydançanın su olması da oyunçuların performansını təsir etdi.

Hər iki komanda cəsarətli futbol oynadı. Mən oyundan həzz aldım. Paltardəyişmə otağında futbolçular məyus idilər. Onları toparlayıb, gələcək görüşlərə hazırlaşacağıq”, - deyə mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, “Ayaks”ın akademiyası Azərbaycan futbolunun şəraitindən böyükdür: “Mən bəzi böyük futbol klublarının akademiyalarında olmuşam. Oradakı vəziyyət tam başqadır. Bizim U-19 komandasında çıxış edən oyunçuların yaşları da azdır”.

O, Nəriman Axundzadə haqqında da danışıb: “Nə deyəcəyimi bilmirəm. Onun barəsində çox danışırlar. Daha yaxşı performans nümayiş etdirə bilərdi”.

Seçilən
29
7
unikal.az

10Mənbələr