AZ

FED uçot faizini 3,5-3,75%-ə endirib

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinəyetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini illik3,5-3,75% aralığına endirib.

Trend xəbər verirki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrəFederal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatdabildirilib.

Bundan əlavə, 2025-ci ildə ABŞ-da ÜDM-in artımı proqnozu1,6%-dən 1,7%-ə qədər artırılıb. İnflyasiya proqnozu isə 3%-dən2,9%-ə endirilib. FED işsizlik proqnozunu 4,5% səviyyəsindəsaxlayıb.

Qeyd edək ki, 29 oktyabrda FED faiz dərəcəsini illik 3,75-4%aralığına endirmişdi.

Seçilən
64
9
az.trend.az

10Mənbələr