AZ

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini yenidən endirdi

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini illik 3,5 - 3,75% aralığına endirib.

 

Senzor.az bildirir ki, maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında belə deyilir.

 

Bundan başqa, 2025-ci ildə ölkədə ÜDM-in artımı proqnozu da 1,6%-dən 1,7%-ə qədər artırılıb.

 

Eyni zamanda inflyasiya proqnozu 3%-dən 2,9%-ə endirilib. Federal Ehtiyat Sistemi işsizlik proqnozunu 4,5% səviyyəsində saxlayıb.

 

Qeyd edək ki, 29 oktyabrda ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini illik 3,75-4% aralığına endirmişdi.

Seçilən
34
9
senzor.az

10Mənbələr