"Bitcoin" 2030-cu ilə qədər 1 milyon dollar səviyyəsinə çatacaq.
Publika.az xəbər verir ki, bunu dünyanın ən böyük kriptovalyuta platformalarından biri olan "Coinbase"in icraçı direktoru Brayan Armstronq proqnozlaşdırıb.
Biznesmen "The National" nəşrinə müsahibəsində bildirib: "Məncə, kriptovalyutanın böyümə üçün böyük potensialı var. Mən hələ də 'Bitcoin'in 2030-cu ilə qədər bir milyon dollar dəyərində olacağını düşünürəm".
"Coinbase"in rəhbərinin fikrincə, investorlar kriptovalyuta bazarındakı qısamüddətli dalğalanmalara çox diqqət yetirməməlidirlər, çünki "Bitcoin" son onilliyin ən yaxşı nəticə göstərən aktivi olaraq qalır.