Dünyanın ən böyük kriptovalyuta platformalarından biri olan "Coinbase"in icraçı direktoru Brayan Armstronq, kriptovalyutanın dəyərinin təxminən 30%-ni itirməsinə baxmayaraq, "Bitcoin"in 2030-cu ilə qədər 1 milyon dollara çatacağını proqnozlaşdırıb.
Bu barədə biznesmen "The National" nəşrinə müsahibəsində bildirib.
"Məncə, kriptovalyutanın böyümə üçün böyük potensialı var. Mən hələ də "Bitcoin"in 2030-cu ilə qədər bir milyon dollar dəyərində olacağını düşünürəm", - Armstronq bildirib.
2012-ci ildə ABŞ-da qurulan "Coinbase"in baş direktorunun fikrincə, investorlar kriptovalyuta bazarındakı qısamüddətli dalğalanmalara çox diqqət yetirməməlidirlər, çünki "Bitcoin" son onilliyin ən yaxşı nəticə göstərən aktivi olaraq qalır.