AZ

İslandiya Avroviziyanı boykot edir: İsrailin iştirakı səbəb göstərildi

ain.az, Dogru.az portalına istinadən məlumat verir.

İslandiya 2026-cı ildə Vyanada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinə qatılmaqdan imtina edib.

Doğru.az xəbər verir ki, Avstriyanın Der Standard qəzeti ölkənin RÚV telekanalına istinadən İsrailin müsabiqədə iştirakı səbəbindən İslandiyanın boykota qoşulduğunu yazıb.

Bununla da İslandiya Avropa Yayım Birliyinin Avroviziyadan imtina edən beşinci üzvü olacaq. Daha əvvəl İrlandiya, İspaniya, Sloveniya və Hollandiya da eyni mövqedən çıxış edərək iştirak etməyəcəklərini bəyan etmişdilər.

İspaniyanın baş naziri Pedro Sançes isə Eurovision təşkilatçılarını İsrailə münasibətdə ikili standartlar tətbiq etməkdə ittiham etmişdi.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
32
dogru.az

10Mənbələr