AZ

İsrailin Avroviziyada iştirakına qarşı 600 mindən çox imza toplandı

Metbuat portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrailin Avstriyada keçiriləcək Avroviziya mahnı müsabiqəsində iştirakının qadağan edilməsi üçün petisiya təşkil edilib.

Metbuat.az xəbər verir ki, petisiyaya 600000 mindən çox insan qatılıb. Bütün yayımçılara və Avropa Yayım Birliyinə ünvanlanan bəyanatda İsrailin müsabiqədə iştirakına etiraz edilməsi üçün çağırış edilib. Bəyanatda xatırladılır ki, Qəzzada soyqırıma və tətbiq edilən atəşkəsə baxmayaraq hücumlarını davam etdirən İsrailin yarışmada iştirakına icazə verilib və bu da bəzi ölkələrin Avroviziyanı boykot etməsinə səbəb olub.

Qeyd edək ki, Avropa Yayım Birliyi Baş Assambleyasının İsrailin Avroviziyada iştirak etməsinə icazə vermək qərarından sonra İspaniya, Hollandiya, Sloveniya, İrlandiya və İslandiyanın dövlət televiziya kanalları mahnı müsabiqəsini boykot ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
metbuat.az

10Mənbələr