Ajans.az xəbər verir ki, rayon ərazisində "VAZ2104" markalı çörək daşıyan minik maşın yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.