AZ

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuz, 11 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan VAZ markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
16
6
azertag.az

10Mənbələr