AZ

Vasili Berezutski “Sabah”dan sonra yeni iş yeri tapdı

“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutski yenidən Rusiyada işləyəcək.

"Yeni Sabah" xəbər verir ki, 41 yaşlı mütəxəssis 1-ci liqa təmsilçisi “Ural” klubunu çalışdıracaq.

Onun qarşısına yenidən komandanı Premyer Liqaya qaytarmaq məqsədi qoyulub.

V. Berezutski  futbolçu karyerasını başa vurduqdan sonra “Vitess” (Niderland), ÇSKA, “Krasnodar”, “Şanxay Şenxua” (Çin) komandalarında köməkçi məşqçi kimi çalışıb.

O, 2024-2025-ci illərdə “Sabah”ın baş məşqçisi olub və kluba Azərbaycan kubokunu qazandırıb.

“Ural” 21 oyundan sonra 41 xalla Liqa Pari-də 2-ci yeri tutur. Komanda lider “Fakel”dən 7 xal geri qalır.


Telegram kanalımız
Seçilən
66
2
yenisabah.az

5Mənbələr