AZ

Vasili Berezutski bu klubu çalışdıracaq Rəsmi

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vasili Berezutski bu klubu çalışdıracaq - Rəsmi

“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutski yenidən Rusiyada işləyəcək.

QOL.az xəbər verir ki, 41 yaşlı mütəxəssis 1-ci liqa təmsilçisi “Ural” klubunu çalışdıracaq.

Bu barədə Yekaterinburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onun qarşısına yenidən komandanı Premyer Liqaya qaytarmaq məqsədi qoyulub.

V. Berezutski  futbolçu karyerasını başa vurduqdan sonra “Vitess” (Niderland), ÇSKA, “Krasnodar”, “Şanxay Şenxua” (Çin) komandalarında köməkçi məşqçi kimi çalışıb.

O, 2024-2025-ci illərdə “Sabah”ın baş məşqçisi olub və kluba Azərbaycan kubokunu qazandırıb.

Qeyd edək ki, “Ural” 21 oyundan sonra 41 xalla Liqa Pari-də 2-ci yeri tutur. Komanda lider “Fakel”dən 7 xal geri qalır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
2
qol.az

5Mənbələr