AZ

“Porsche“ ilə avtoxuliqanlıq edən sürücü həbs olundu

Yasamal RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən "Porsche” markalı 90-OK-400 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abas Əmirov saxlanılıb.

XəzərNews.az Bakı Şəhər DYP İdarəsinə istinadən xəbər verir ki, o, yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü A. Əmirovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

Xəbər 1 dəfə oxunub.
Seçilən
11
37
xezernews.az

10Mənbələr