ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Yasamalda avtoxuliqanlıq edən sürücü həbs edilib.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, Yasamal rayon ərazisində "Porsche" markalı 90-OK-400 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abas Əmirov saxlanılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü A.Əmirovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.