“Daşkəsən Dəmir Filiz” MMC vakansiya elanının jobsearch.az saytında yerləşdirilməsi xidmətinə 2 500 AZN ödəyəcək.
Pravda.az-ın xəbərinə görə, xidməti göstərəcək sayt jobsearch.az-dır ("Jobpost" Məhdud Məsuliyyətli Cəmiyyəti).
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni, “bir mənbə metodu” ilə baş tutub.
Ceyhun Mehdi oğlu Əliyevin rəhbərlik etdiyi “Daşkəsən Dəmir Filiz” Nizamnamə kapitalı 278 300 000 AZN, qanuni təmsilçisi isə Zakir Zaur oğlu İbrahimov olan “Azergold” QSC-nin törəmə cəmiyyətidir.
Cabir
Tarix: 11 Dekabr 2025, 15:05