AZ

Zakir İbrahimovun rəhbərlik etdiyi QSC-nin törəmə cəmiyyəti vakansiya elanının saytda yerləşdirilməsinə 2 500 xərcləyəcək

“Daşkəsən Dəmir Filiz” MMC vakansiya elanının jobsearch.az saytında yerləşdirilməsi xidmətinə 2 500 AZN ödəyəcək.

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, xidməti göstərəcək sayt jobsearch.az-dır (“Jobpost” Məhdud Məsuliyyətli Cəmiyyəti).

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni, “bir mənbə metodu” ilə baş tutub.

Ceyhun Mehdi oğlu Əliyevin rəhbərlik etdiyi “Daşkəsən Dəmir Filiz” Nizamnamə kapitalı 278 300 000 AZN, qanuni təmsilçisi isə Zakir Zaur oğlu İbrahimov olan “Azergold” QSC-nin törəmə cəmiyyətidir.

Seçilən
25
1
nocomment.az

2Mənbələr