Meksika millisinin yeni baş məşqçisi bəlli olub.
QOL.az xəbər verir ki, millisinin sabiq müdafiəçisi Rafael Markes DÇ-2026-dan sonra Meksika yığma komandasına rəhbərlik edəcək.
Hazırda isə millini Xavyer Aqirre çalışdırır.
Qeyd edək ki, "Barselona"nın sabiq üzvü olan Markes 2024-cü ildən Meksika milisində məşqçilər korupsunda yer alır..
Xatırladaq ki, DÇ-2026 Meksika, Kanada və ABŞ-da keçiriləcək. Meksika A qrupunda Cənubi Afrika, Cənubi Koreya ilə mübarizə aparacaq. Qrupdakı dördüncü komanda isə Çexiya, İrlandiya, Danimarka və Şimali Makedoniya millilərindən biri olacaq.