ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Millini Rafael Markes çalışdıracaq
Meksika millisinin yeni baş məşqçisi bəlli olub.
QOL.az xəbər verir ki, millisinin sabiq müdafiəçisi Rafael Markes DÇ-2026-dan sonra komandaya rəhbərlik edəcək.
Hazırda isə Meksika millisini Xavyer Aqirre çalışdırır.
Qeyd edək ki, "Barselona"nın sabiq üzvü olan Markes 2024-cü ildən Meksika milisində məşqçilər korpusunda yer alır..
Xatırladaq ki, DÇ-2026 Meksika, Kanada və ABŞ-da keçiriləcək. Meksika A qrupunda Cənubi Afrika, Cənubi Koreya ilə mübarizə aparacaq. Qrupdakı dördüncü komanda isə Çexiya, İrlandiya, Danimarka və Şimali Makedoniya millilərindən biri olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.