AZ

Gömrük Komitəsinin daha 5 əməkdaşı saxlandı - YENİLƏNDİ


Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə saxlanılıb.

Trend-in məlumatına görə, onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.

Baş Prokurorluğun Mətbuat xidməti məlumatı Trend-ə təsdiqləyib.

Bundan başqa, APA-nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin daha 3 əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. komitənin əməkdaşları Zaur Haşımov, Fərrux Haqverdiyev və Fariz Məhərrəmov barəsində də məhkəmənin qərarı ilə qətimkan tədbirləri seçilib.

Seçilən
3
7
baki-xeber.com

10Mənbələr