AZ

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

“İki sahil” xəbər verir ki, buna avrokubokların əsas mərhələsinin bu həftə baş tutan oyunlarından sonra aydınlıq gəlib. Azərbaycan 22.250 əmsalla 26-cı pillədəki yerini qoruyub. Ukrayna (23.256) 25-ci, Sloveniya (22.218) 27-cidir.

Qeyd edək ki, "Qarabağ" bu həftə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda "Ayaks"a (Niderland) uduzub - 2:4.

Reytinq siyahısına İngiltərə (104.005) başçılıq edir.

Seçilən
7
7
ikisahil.az

8Mənbələr