Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
İdman.Biz xəbər verir ki, buna avrokubokların əsas mərhələsinin bu həftə baş tutan oyunlarından sonra aydınlıq gəlib.
Azərbaycan 22.250 əmsalla 26-cı pillədəki yerini qoruyub. Ukrayna (23.256) 25-ci, Sloveniya (22.218) 27-cidir.
Qeyd edək ki, “Qarabağ” bu həftə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda “Ayaks”a (Niderland) uduzub - 2:4.
55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (104.005) başçılıq edir.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.