Bu ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 521 min nəfər sosial müavinət, 406 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin edilib.
Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 1 mlrd. 66 mln. manat, Prezident təqaüdləri üzrə 685 mln. manat ödənilib.
Cari ilin 11 ayında 144 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 866 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.