Bu ilin yanvar-noyabr aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 521 min nəfərə sosial müavinət, 406 min nəfərə Prezidentin aylıq təqaüd ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, hesabat dövründə əhaliyə sosial müavinətlər üzrə 1,066 milyard manat, Prezident təqaüdləri üzrə 685 milyon manat ödənilib.
Cari ilin 11 ayında 144 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 866 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.