Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.
APA nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
"Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb", - məlumatda deyilir.
Avtomobillər, ağaclıq sahə və ətraf ərazilərin yanğından mühafizə olunduğu vurğulanıb.
***
01:18
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.APA-nın məlumatına görə, qəza Bəkir Çobanzadə küçəsində baş verib.
“Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub, nəticədə nəqliyyat vasitələrindən biri qaz borusuna çırpılaraq aşıb. Hər iki avtomobilin yanması müşahidə olunub.“Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.
Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. “Porsche”nin sürücüsündə çanaq sümüyünün sınığı müəyyən edildiyi üçün o, xəstəxanaya yerləşdirilib.
“Porsche” markalı avtomobilin sahibi bildirib ki, içkili olduğu üçün avtomobili ayıq sürücüyə həvalə edib. Lakin ayıq sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi və əks istiqamətə çıxaraq hərəkət etdiyi bildirilir.
Məhz bu zaman əks yöndən dönmə əməliyyatı edən digər avtomobillə toqquşma baş verib. Zərbənin təsirindən “Porsche” yol kənarındakı qaz borusuna çırpılıb. Qaz borusunda yaranan alışma nəticəsində yanğın baş qaldırıb və alov hər iki avtomobilə keçib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.