AZ

Çobanzadə küçəsində yol qəzası nəticəsində başlayan yanğının qarşısı alınıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, FHN-dən verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Avtomobillər, ağaclıq sahə və ətraf ərazilər yanğından mühafizə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
17
bizimyol.info

10Mənbələr