Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizinin dayazlaşmasının ciddi nəticələr zəncirinə səbəb olacağı barədə xəbərdarlıq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda çıxış edərkən bildirib.
"Xəzər dənizinə gəldikdə isə, hazırkı dayazlaşma tempində bu təhlükəli proses dönməz hala gələ bilər və qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrə səbəb ola bilər. Qazaxıstan ekosistemin dağılmasının və Xəzər dənizinin dayazlaşmasının qarşısını almağa yönəlmiş xüsusi dövlətlərarası proqramın hazırlanması təşəbbüsünü irəli sürüb", - deyə Tokayev qeyd edib.
Tokayev bütün beynəlxalq ictimaiyyəti Xəzər dənizinin qorunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb: "Ümumiyyətlə, mənim fikrimcə, su diplomatiyası sıx dövlətlərarası koordinasiya tələb edir. Mövcud beynəlxalq institutlar adətən dar mandatlar çərçivəsində dağınıq şəkildə fəaliyyət göstərir ki, bu da artan su problemlərinin miqyasına uyğun deyil".
Əli Hüseynov