AZ

Tokayev: Xəzərin dayazlaşması geridönməz və ciddi nəticələrə səbəb ola bilər

Xəzər dənizinin dayazlaşması prosesi geridönməz hala gələ və ciddi nəticələr zəncirinə səbəb ola bilər...

“APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bunu Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

"Xəzərə gəldikdə, hazırkı templə gedən dayazlaşma bu təhlükəli prosesi geridönməz edə bilər və bu da qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrdən ibarət zəncirvari reaksiyaya səbəb ola bilər. Qazaxıstan ekosistemin dağıdılmasının və Xəzərin dayazlaşmasının qarşısının alınmasına yönəlmiş xüsusi dövlətlərarası proqram hazırlanması təşəbbüsü ilə çıxış edib”, – deyə Kasım-Jomart Tokayev qeyd edib.

Qazaxıstan Prezidenti Tokayev bütün dünya ictimaiyyətini Xəzərin qorunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb: “Ümumilikdə, mənim fikrimcə, su diplomatiyası dövlətlər arasında sıx koordinasiya tələb edir. Mövcud beynəlxalq institutlar isə adətən pərakəndə şəkildə, dar mandatlar çərçivəsində fəaliyyət göstərirlər ki, bu da artan su problemlərinin miqyasına uyğun gəlmir”.

Poliqon.info

Seçilən
45
5
poliqon.info

10Mənbələr