AZ

Real rəhbərliyi Vinisius Juniorun qarşısına şərt qoydu

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real" Vinisius Juniora güzəşt etməyəcək. Sport24.az "Madrid Zone"yə istinadən xəbər verir ki, klub rəhbərliyi braziliyalı futbolçuya və onun agentlərinə mövcud müqavilə təklifinə heç bir dəyişiklik edilməyəcəyini bildirib.

Vinisius ya təqdim olunan şərtləri qəbul etməlidir, ya da yayda satılacaq. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq və "Real" bahalı oyunçusunu pulsuz itirmək istəmir.

Qeyd edək ki, 25 yaşlı braziliyalı "Real"da Kilian Mbappe qədər ilə maaş almaq istəyir. Ancaq klub rəhbərliyi bu tələbi qarşılamaya hazır deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
sport24.az

2Mənbələr