“Real” hücumçusu Vinisius Juniora güzəştə getmək fikrində deyil.
Msport.az xəbər verir ki, klub rəhbərliyi braziliyalı futbolçuya və onun agentlərinə mövcud müqavilə təklifinə heç bir dəyişiklik edilməyəcəyini bildirib.
Beləliklə, Vinisius ya təqdim olunan şərtləri qəbul etməlidir, ya da yayda satılacaq. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq və “Real” bahalı oyunçusunu pulsuz itirmək istəmir.
25 yaşlı futbolçu “Real”da Kilian Mbappe ilə eyni səviyyədə maaş almaq istəyir. Ancaq klub rəhbərliyi bu tələbi qarşılamaya hazır deyil.