AZ

Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, açarlar təqdim olunub- FOTO - YENİLƏNİB

Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, sakinlərə evlərin açarları təqdim olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 76 nəfərdən ibarət 16 ailə köçürülüb.

Açarların təqdimetmə mərasimindən öncə Ümumilli lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndəsi sakinlərə kənddə bütün zəruri infrastrukturun tam şəkildə hazır olduğu və onların rahat yaşayışı üçün su, qaz, elektrik xətləri, yüksək sürətli internet şəbəkəsinin çəkildiyi, yol infrastrukturunun yeniləndiyi barədə məlumat verib.

Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, köç prosesinin mərhələli şəkildə davam etdirilməsi, bölgəyə həyatın tam qayıdışını təmin edəcək. Bu gün daha Ağdərə rayonunun Vəngli və Həsənriz kəndləri daxil olmaqla 32 ailənin öz evlərinə qayıtması Böyük Qayıdışın növbəti uğurlu mərhələsi kimi qiymətləndirilir.

***

12.31

Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 16 ailə - 76 nəfər yola salınıb.

Növbəti
Seçilən
8
7
apa.az

10Mənbələr