Bakı.Trend:
Dekabrın 12-də Böyük Qayıdış proqramı çərçivəsində Ağdərərayonunun Vəngli və Həsənriz kəndlərinə növbəti köç prosesi həyatakeçirilib. Uzun illər məcburi köçkün həyatı yaşayan sakinlər bu günyeni evlərinin açarlarını təhvil alıblar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumataəsasən, bu mərhələdə Həsənriz kəndinə 74 nəfərdən ibarət 16 ailə,Vəngli kəndinə isə 76 nəfərdən ibarət 16 ailə köçürülüb.
Açarların təqdimetmə mərasimindən öncə Ümumilli lider HeydərƏliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edənXankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev,sakinlərə kənddə bütün zəruri infrastrukturun tam şəkildə hazırolduğu və onların rahat yaşayışı üçün su, qaz, elektrik xətləri,yüksək sürətli internet şəbəkəsinin çəkildiyi, yolinfrastrukturunun yeniləndiyi barədə məlumat verib.
Qeyd edək ki, köç prosesinin mərhələli şəkildə davametdirilməsi, bölgəyə həyatın tam qayıdışını təmin edəcək.Bu gündaha 32 ailənin öz evlərinə qayıtması Böyük Qayıdışın növbətiuğurlu mərhələsi kimi qiymətləndirilir.