Ucarda vəhşi heyvanlar kəndə hücum edib.
Ölkə.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib. Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar 6 baş qoyunu parçalayıb. Ev sahibinin dediyinə görə, ona təxminən 2500 manat maddi ziyan dəyib.
Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər.