AZ

Ucarda canavarlar kəndə hücum ediblər

Ucarda vəhşi heyvanlar kəndə hücum ediblər.
ONN media xəbər verir ki, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib.
Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar altı baş qoyunu parçalayıblar. Ev sahibinin dediyinə görə, ona təxminən 2 500 manat maddi ziyan dəyib.
Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər.
Seçilən
22
15
onn.az

10Mənbələr