AZ

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Dekabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bu barədə TurkicWorld-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, din xadimləri Ulu Öndərin Anım günündə ruhuna dualar oxuyub, məzarı önünə güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb

Seçilən
77
2
turkic.world

3Mənbələr