AZ

Dini konfessiya rəhbərləri Ulu Öndərin məzarını ziyarət etdilər - FOTO

Dekabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bu barədə Bakıvaxtı.az-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, din xadimləri Ulu Öndərin Anım günündə ruhuna dualar oxuyub, məzarı önünə güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb.

Seçilən
24
2
bakivaxti.az

3Mənbələr