AZ

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 4 milyard manata yaxınlaşır

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında xarici maliyyə mənbələrindənəsas kapitala 3,671 milyard manat məbləğində investisiyaedilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən26,9 faiz artıb.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların2,828 milyard manatı neft-qaz sektoru, 843 milyon manatı isəqeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk 11ayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindənAzərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmişinvestisiyaların həcmi 14,6 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 2dəfə yaxın artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 16,659 milyard manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 3 faiz çox investisiya yönəldilib.Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faizazalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmiisə 8,3 faiz artıb. Ümumi sərmayənin 8,421 milyard manatı və ya50,6 faizi məhsul istehsalı sahələrinin, 5,614 milyard manatı (33,7faizi) xidmət sahələrinin, 2,623 milyard manatı (15,7 faizi) isəyaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 51,1faizi dövlət, 48,9 faizi qeyri-dövlət sektorunun sərmayədarlarıtərəfindən qoyulub. Sərmayə qoyuluşunun 76,2 faizitikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanındəyəri ümumi sərmayənin 78 faizini təşkil edib.

Seçilən
17
2
az.trend.az

3Mənbələr