Türkiyənin tanınmış müğənnisi Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsində “yaxın qohumu əvvəlcədən planlaşdıraraq qəsdən öldürmə” maddəsi ilə saxlanılan qızı Tuğyan Ülkem Gülter barəsində həbs qətimkan tədbiri seçilib.
Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda 9 dekabr tarixində “qəsdən adam öldürmə” ittihamı ilə saxlanılan Sultan Nur Ulu 12 dekabrda Yalova Polis İdarəsində verdiyi ifadədə Tuğyan Ülkem Gülterin anası Güllünü pəncərədən itələdiyini iddia edib.
Bundan sonra prokurorluq Tuğyan Ülkem Gülteri “yaxın qohumu planlı şəkildə qəsdən öldürmə” maddəsi ilə məhkəməyə təqdim edib və məhkəmə onun “qəsdən adam öldürmə” ittihamı ilə həbsinə qərar verib.
İş üzrə saxlanılan Sultan Nur Ulu barəsində isə ev dustaqlığı şəklində adli nəzarət tədbiri seçilib. O, polis nəzarəti altında Yalova şəhərindəki yaşayış ünvanına aparılıb.
İstintaq çərçivəsində saxlanılan Arif Ulu və daha iki nəfər isə prokurorluqdakı ifadələrindən sonra azadlığa buraxılıb.
Qeyd edək ki, Güllü sentyabrın 26-da Yalova şəhərinin Çınarcık rayonundakı evinin balkonundan yıxılaraq ölüb.