Bundan əvvəl Finlandiya prezidentinin dəftərxanasıAleksandr Stubbun ABŞ-yə gözlənilən səfərini ləğv etdiyini açıqlamışdı. Məlumatda Finlandiya rəhbərinin əvəzində Avropa liderləri ilə görüşdə iştirak etməyi planlaşdırdığı bildirilirdi.
“Reuters” agentliyi, öz növbəsində, bir sıra Avropa ölkələrinin başçılarının Ukraynadakı müharibənin nizamlanmasına dair müzakirələr aparmaq üçün dekabrın 15-də Berlində görüşəcəklərini yazıb.
![]() |
| Tramp: “Üç avropalı liderlə sərt söhbətim oldu” |
“Tərəflər ərazi mübahisələrinin həlli və təhlükəsizlik təminatlarının verilməsi üçün “yeni ideyaları” müzakirə etməyi planlaşdırdıqlarını bildiriblər”, - mənbələr portala deyiblər.
ABŞ prezidenti Donald Trampın sözlərinə görə,yalnız məqsədəuyğun sayılacağı halda amerikalı rəsmilər danışıqlarda iştirak edəcəklər. Amerika lideri, həmçinin Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı “Avropa üçlüyü”nün liderləri ilə sərt söhbət apardığını diqqətə çatdırıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə, Moskvanın mümkün görüş barədə məlumatı olmadığını söyləyib.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt ABŞ prezidenti Donald Trampın“görüşlər xatirinə görüşlərdən” yorulduğunu və Vaşinqtonun yalnız sülh razılaşması əldə olunacağı təqdirdə danışıqlara öz nümayəndəsini göndərəcəyini bildirib.
Bundan əvvəl “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, Tramp Avropa liderlərindən ABŞ-nin sülh planının qəbul olunması üçün Zelenskiyə təzyiq göstərməyi tələb edib.
Sahil İsgəndərov
AzVision.az
