AZ

Türkiyədən İrana dəri ixracı 3 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən İrana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,8 faiz artaraq, 3 milyon 211 min 66 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında İrana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71,2 faiz azalaraq, 105 min 66 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 1 milyard 344 milyon 995 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 100 milyon 445 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 13,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 1 milyard 454 milyon 983 min dollar məbləğində dəri məhsulları ixrac edib.

Seçilən
18
21
turkic.world

10Mənbələr