BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz artaraq, 128 milyon 302 min 45 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin noyabr ayında Türkmənistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,4 faiz artaraq, 11 milyon 38 min 3 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq, 15 milyard 38 milyon 404 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 319 milyon 263 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 16 milyard 471 milyon 981 min dollar məbləğində poladixrac edib.