AZ

Türkiyədən Türkmənistana mebel ixracı 45 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azalaraq, 45 milyon 961 min 60 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Türkmənistana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz azalaraq, 3 milyon 798 min 7 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 7 milyard 252 milyon 610 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 672 milyon 379 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 7 milyard 960 milyon 973 min dollar məbləğində mebel ixrac edib.

Seçilən
2
15
turkic.world

10Mənbələr