AZ

Türkiyədən Fransaya tekstil ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Fransaya tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz azalaraq, 122 milyon 501 min 73 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Fransaya tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq, 10 milyon 563 min 45 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq, 8 milyard 628 milyon 945 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 743 milyon 45 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 9 milyard 409 milyon 452 min dollar məbləğində tekstil ixrac edib.

Seçilən
4
15
turkic.world

10Mənbələr