AZ

Azərbaycan Gürcüstana təbii qaz ixracından 200 milyon dollar gəlir götürüb

Bakı. Trend:

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycandan Gürcüstana198,970 milyon ABŞ dolları dəyərində 1,890 milyard kubmetr (qazhalında) təbii qaz ixrac edilib.

Trend bubarədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bugöstərici məbləğ ifadəsində 64,6 milyon dollar və ya 24,5%, həcminəgörə isə 880,2 milyon kubmetr və ya 31,8% azalıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–oktyabrtaylarında Azərbaycandan Gürcüstana 2,771 milyard kubmetr təbii qazixrac olunmuşdu, bu ixracın ümumi dəyəri 263,595 milyon ABŞ dollarıidi.

Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarındaAzərbaycandan xaricə ümumilikdə 7,418 milyard ABŞ dolları dəyərində20,649 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eynidövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 569,3 milyonABŞ dolları və ya 8,3% çox, həcm baxımından isə 690,003 milyonkubmetr və ya 3,2% azdır.

Eyni zamanda bu ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞdolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Buisə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 40,2milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 243,6 milyonkubmetr və yaxud 49,1% azdır.

Seçilən
25
4
az.trend.az

5Mənbələr