AZ

Azərbaycanın Gürcüstana təbii qaz ixracından götürdüyü mənfəətAÇIQLANDI

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycandan Gürcüstana 198,970 milyon ABŞ dolları dəyərində 1,890 milyard kubmetr (qaz halında) təbii qaz ixrac edilib.

Xezerxeber.az bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 64,6 milyon dollar və ya 24,5%, həcminə görə isə 880,2 milyon kubmetr və ya 31,8% azalıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–oktyabrt aylarında Azərbaycandan Gürcüstana 2,771 milyard kubmetr təbii qaz ixrac olunmuşdu, bu ixracın ümumi dəyəri 263,595 milyon ABŞ dolları idi.

Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 7,418 milyard ABŞ dolları dəyərində 20,649 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3% çox, həcm baxımından isə 690,003 milyon kubmetr və ya 3,2% azdır.

Eyni zamanda bu ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 40,2 milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 243,6 milyon kubmetr və yaxud 49,1% azdır.

 

 

Seçilən
4
4
xezerxeber.az

5Mənbələr