AZ

Şəkidə qaz xətti zədələndi 12 min abonent qazsız qaldı

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Şəkidə yol tikintisi aparılan zaman yeraltı qaz kəməri zədələnib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Azəryol” MMC-nin əməkdaşları Şəki şəhərinin M. Ə. Rəsulzadə prospektində yol tikintisi aparan zaman buradan keçən PE-110 mm-lik yeraltı orta təzyiqli qaz kəmərini zədələyiblər.Zaqatala Regional Qaz istismar idarəsindən verilən məlumata əsasən hadisədən sonra təhlükəsizlik baxımından kəmərə gələn qazın verilişi kəsilib.Bu səbəbdən şəhərdə 12 min abonentin qazı kəsilib. Hazırda tikinti briqadaları qaz xəttinin bərpası istiqamətində iş aparır.Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu .

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
2
bizim.media

3Mənbələr