AZ

Yol tikintisi zamanı qaz kəməri zədələndi - 12 min abonent qazsız qaldı

Şəkidə yol tikintisi aparılan zaman yeraltı qaz kəməri zədələnib. Avtosfer.az xəbər verir ki, “Azəryol” MMC-nin əməkdaşları Şəki şəhərinin M.Ə.Rəsulzadə prospektində yol tikintisi aparan zaman buradan keçən PE-110 mm-lik yeraltı orta təzyiqli qaz kəmərini zədələyiblər. Zaqatala Regional Qaz istismar idarəsindən verilən məlumata əsasən hadisədən sonra təhlükəsizlik baxımından kəmərə gələn qazın verilişi kəsilib. Bu səbəbdən şəhərdə 12 min abonentin qazı kəsilib. Hazırda tikinti briqadaları qaz xəttinin bərpası istiqamətində iş aparır.

Seçilən
51
2
avtosfer.az

3Mənbələr